"Ey iman edənlər! Sizdən öncəkilərə fərz qılındı, ta ki qorunasınız." (Bəqərə Surəsi, Ayə: 183)

"Oruc mənim hoşnutluğum üçün tutulmuşdur. Elədirsə onun mükafatını da mən verəcəyəm." (Hadis-i kudsi)

1. "Kim inanaraq mükafatını Allahdan umaraq Ramazan ayını ihya edərsə keçmiş günahları bağışlanır".

2. "Oruc tutunuz ki, sağlam olasınız"

3. "Oruc pisliklərə qarşı bir qalxandır." Hz.Mühəmməd


Bakı şəhəri
2004-cü il Ramazan ayı
CƏDVƏLİ

Tarix
Sübh
azanı
Sübh
namazı
Gün çıxır
Zöhr
namazı
Əsr
namazı
Şam
namazı
Xiftə
1 Ramazan 15 Oktyabr Cümə
6.21
6.41
7.51
13.30
17.01
19.19
20.47
2 Ramazan 16 Oktyabr Şəmbə
6.22
6.42
7.52
13.30
17.00
19.18
20.46
3 Ramazan 17 Oktyabr Bazar
6.23
6.43
7.53
13.30
16.58
19.16
20.44
4 Ramazan 18 Oktyabr Bazar er.
6.24
6.44
7.54
13.29
16.56
19.15
20.43
5 Ramazan 19 Oktyabr Çərş. ax.
6.25
6.45
7.55
13.29
16.55
19.13
20.41
6 Ramazan 20 Oktyabr Çərş.
6.26
6.46
7.57
13.29
16.53
19.12
20.40
7 Ramazan 21 Oktyabr C.ax.
6.28
6.48
7.58
13.29
16.52
19.11
20.39
8 Ramazan 22 Oktyabr Cümə
6.29
6.49
7.59
13.29
16.51
19.09
20.37
9 Ramazan 23 Oktyabr Şəmbə
6.30
6.50
8.00
13.29
16.51
19.08
20.36
10 Ramazan 24 Oktyabr Bazar
6.31
6.61
8.01
13.28
16.48
19.07
20.35
11 Ramazan 25 Oktyabr B.er.
6.32
6.52
8.02
13.28
16.46
19.05
20.33
12 Ramazan 26 Oktyabr Ç.ax.
6.33
6.53
8.03
13.28
16.45
19.04
20.32
13 Ramazan 27 Oktyabr Çərş.
6.34
6.54
8.04
13.28
16.44
19.03
20.30
14 Ramazan 28 Oktyabr C.ax.
6.35
6.55
8.05
13.28
16.42
19.01
20.29
15 Ramazan 29 Oktyabr Cümə
6.37
6.57
8.07
13.28
16.41
19.00
20.28
16 Ramazan 30 Oktyabr Şəmbə
6.38
6.58
8.08
13.28
16.40
18.58
20.26
17 Ramazan 31 Oktyabr Bazar
5.39
5.59
7.09
12.28
15.38
17.57
19.25
18 Ramazan 01 Noyabr B.er.
5.40
6.00
7.10
12.28
15.37
17.59
19.24
19 Ramazan 02 Noyabr Ç.ax.
5.41
6.01
7.11
12.28
15.36
17.55
19.23
20 Ramazan 03 Noyabr Çərş.
5.42
6.02
7.12
12.28
15.35
17.54
19.22
21 Ramazan 04 Noyabr C.ax.
5.43
6.03
7.14
12.28
15.34
17.53
19.21
22 Ramazan 05 Noyabr Cümə
5.44
6.04
7.15
12.28
15.32
17.53
19.20
23 Ramazan 06 Noyabr Şəmbə
5.46
6.06
7.16
12.28
15.31
17.52
19.19
24 Ramazan 07 Noyabr Bazar
5.47
6.07
7.17
12.28
15.30
17.49
19.17
25 Ramazan 08 Noyabr Bazar er.
5.48
6.08
7.18
12.28
15.29
17.48
19.16
26 Ramazan 09 Noyabr Çərş. ax.
5.49
6.09
7.19
12.28
15.28
17.47
19.15
27 Ramazan 10 Noyabr Çərş.
5.50
6.10
7.21
12.28
15.27
17.47
19.15
28 Ramazan 11 Noyabr C.ax.
5.51
6.11
7.22
12.28
15.26
17.46
19.14
29 Ramazan 12 Noyabr Cümə
5.52
6.12
7.23
12.28
15.25
17.45
19.13
30 Ramazan 13 Noyabr Şəmbə
5.53
6.13
7.24
12.28
15.24
17.44
19.22
3 Ramazan 17 Oktyabr Bazar
6.23
6.43
7.53
13.30
16.58
19.16
20.44
4 Ramazan 18 Oktyabr Bazar er.
6.24
6.44
7.54
13.29
16.56
19.15
20.43
5 Ramazan 19 Oktyabr Çərş. ax.
6.25
6.45
7.55
13.29
16.55
19.13
20.41
6 Ramazan 20 Oktyabr Çərş.
6.26
6.46
7.57
13.29
16.53
19.12
20.40
7 Ramazan 21 Oktyabr C.ax.
6.28
6.48
7.58
13.29
16.52
19.11
20.39
Noyabrın 14-ü Ramazan bayramıdır
1. Ramazanın 18, 20, 22-ci günü axşamları Əhyə gecələridir.
2. Ramazan ayının 26-nın 27-nə bağlayan gecəQədir gecəsidir.
3. Namaz vaxtları: Ağdamda +11, Astarada +2, Gəncədə +14, Qazaxda +19, Qubada +6, Lənkəranda +3, Saatlıda +7, Sabirabadda +5, Şamaxıda +6, Şəki +12, Xaçmaz +10, Yevlaxda +11, Naxçıvanda +17, Göyçay +8, Zaqatalada +14 dəqiqə Bakı vaxtından sonradır.
BİSMİLLAHİR-RƏHMANİR RƏHİM
İftar duası: "Allahım sənin rızan üçün oruc tutdum, sənə inandım, stənə güvəndim sənin verdiyin ruzi ilə orucumu açdım və sabahkı Ramazan orucuma niyyət etdim. Mənim keçmiş və gələcək günahlarımı bağışla Allahım".
Rəhimli, Mərhəmətli Allahın Adı ilə Ramazan ayının
gündəlik duaları
1-ci gün: Ey Allah! Mənim orucumu həqiqi oruc tutanlardan qərar ver! Gecələri ibadətinin həqqiqi ibadət edənlər kimi qərar ver! Məni qəflət yuxusundan ayılt! Günahlarımdan keç, ey aləmlərin Allahı!

2-ci gün: Ey mehriban Allah! Məni bu gündə öz razılığına yaxın et! Məni öz qəzəbindən və əzabından uzaq et! Quranı oxumağa məni müvəffəq et! Ey rəhm edənlərin mehribanı!

3-cü gün: Ey mehriban Allah! Mənim bu gündə zehnimi və huşumu ayıq et! Məni ağılsızlıqdan və düşüncəsizlikdən uzaq et! Hər xeyri mənə nəsib et! O xeyir ki, sən onu bu ayda nazil etmisən! Ey bəxş edənlərin ən səxavətlisi!

4-cü gün: Ey Allah! Bu gündə öz əmirlərini yerinə yetirməklə mənə istiqamət ver! Zikrinin şirinliyini mənə bildir. Şükrünü yerinə yetirməkdə mənə ilham ver! Məni öz himayə pərdəndə Hifz et! Ey görənlərin ən bəsirətlisi!

5-ci gün: Ey Allah! Məni bu gündə bağışlanmışlardan qərar ver! Və öz saleh bəndələrindən qərar ver! Məni öz yaxın dostlarından et! Ey rəhm edənlərin ən mərhəmətlisi!

6-cı gün: Allah! Məni bu gündə günahlarıma görə rusvay etmə! Məni intiqam çubuqu ilə döymə! Sənin qəzəbinə səbəb olan şeydən uzaq et! Verdiyin nemətlərə and verirəm, ey arzu edənlərin ən şirin arzusu!

7-ci gün: Allah! Mənə bu günün orucunu tutmaqda və ibadətdə gömək et! Məni büdrələrdən və günahlardan uzaq et! Sənin zikrini davam etdirməyi mənə nəsib et! Ey yolunu azanları hidayət edən Allah!

8-ci gün: Allah! Mənə yetimlərə bu gündə rəhm etməyi ruzi et! Ehsan etməyi, salamı ucadan etməyi, kəramətli kişilərin dostluğunu mənə nəsib et, ey arzu edənlərin pənahı!

9-cu gün: Allah!Öz vüsətli rəhmətini mənə nəsib et! Bu gündə məni otaydın dəlillərinə hidayətet! Sənin razılığına bais olan əməllərə məni müvəffəq et! Ey arzu edənlərin istəyi!

10-cu gün: Ey Allah! Məni bu gündə səni təvəkkül edənlərdən qərar ver! Məni səndən səadət tapan kəslər kimi qərar ver! Məni bu gündə sənə yaxın olanlardan qərar ver! Ey tələb edənlərin ən məqsədi!

11-ci gün: Allah! Bu gündə ehstan etməyi mənə sevdir! Günahı və sənin əmrindən çıxmağı məni gözümdən sal! Cəhənnəmodunu mənə haram et! Ey fəryad edənlərin dadına çatan!

12-ci gün: Allah! Bu gündə günahlarımı gizli saxlamaqda məni zinətləndir! Mənə bu gündə qənaət libası geyindir! Məni ədalət və insafa sövq et! Qorxduğum şeyi məni əmin amanlıqda saxla, ey qorxanların mühafizəçisi!

13-cü gün: Allah! Məni bu gündə kəsif və çirkin günahlardan pak et! Qəzavü qədərlərə məni səbirli et! Məni paklığa və yaxşı insanların söhbətlərinə müvəffəq et! Ey miskinlərin gözünün işığı!

14-cü gün: Allah! Mənə bu gündə büdrəmələrimə görə acıqlanma! Mənim xətalarıma göz yum! Məni bu gündə bəlalara yönəltmə, ey müsəlmanların izzəti!

15-ci gün: Allah! Səndən qorxanların, yəni qəlbində Allah xofu olanların təatini mənə nəsib eylə! Bu gündə mənim qəlbimi geniş eylə! Ey qorxanlara aman verən Allah!

16-cü gün: Allah! Bu gündə məni yaxşılarla bir olmaqla müvəffəq et! Pislərin sırasındna məni ayır! Daimi rəhmətinə yaxın mənə yer ver! Öz Allahlığın xatirinə, ey aləmlərin Rəbbi!

17-ci gün: Allah! Bu gündə məni saleh əməllərinə yönəlt! Mənim ehtiyaclarımı, azumalırımı yerinə yetir! Ey suala ehtiyacı olmayan və ürəklərdən xəbərdar olan Allah! Peyğəmbər və onun pak nəslinə rəhmət göndər!

18-ci gün: Allah! Məni bu gündə açılan səhərlərin bərəkətiylə xəbərdar et! Mənim qəlbimi o səhərlərin ziyası ilə işıqlandır! Mənim bütün üzvlərimi bu günün əmrlərinə tabe olmağa sövq et! Ey ariflərin qəlbini nurlandıran allah!

19-cu gün: Allah! Mənəvi qazancımı çox eylə, mənim xeyirli yolumu xamarlı et! Məni yaxşılıqlarımı qəbul etməkdən məhrum etmə! Ey haqq dininə hidayət edən Allah!

20-ci gün: Allah! Bu gündə cənnətin qapılarını mənim üüzümə aç, cəhənnəmtin qapılarını üzümə bağla! Quranı oxumağa məni müvəffəq et! Ey möminlərin qəlbində aramlıq yaradan Allah!

21-ci gün: Allah! Bu gündə sənin razılığına səbəb olan işlərdə mənə yol göstər! Şeytanın mtənə hakim olmasına yol vermə! Behişti mənim üçün mənzil et! Ey ehtiyacı olanların tələbini yerinə yetirən Allah!

22-ci gün: Allah! Bu gündə fəzilət qapısını mənim üzümə aç! Öz bərəkətlərini mənə nazil et! Öz razılığına səbə olan işləri mənə müvəffəq et! Mənə behiştin ən yaxşı yerində qərər ver! Ey biçarələrin duasını qəbul eyləyən Allah!

23-cü gün: Allah! Mənim bu gündə günahlarımıyu! Məni eyiblərdən pak eylə! Mənim qəlbimi Allah qorxusu ilə xilas et! Ey günahların xətasından keçən Allah!

24-cü gün: Allah! Bu gündə səni razı salan şeyi səndən istəyirəm! Səni qəzəbləndirən şeydən sənə pənah aparıram. Sənə itaət etməkdə və günahdan uzaq olmaqda tövfiq istəyirəm! Ey sual edənləri cavabsız qoymayan!

25-ci gün: Allah! Məni bu gündə öz dostlarını sevənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinə hakim olan Allah!

26-cı gün: Allah! Mənim səyimi puç etmə! Günahımı bağışla bu gündə! Yaxşı əməlimi qəbul et! Mənim eybimi ört, ey eşidənlərin eşidəni!

27-ci gün: Allah! Mənə Qədr gecəsinin fəzilətini nəsib eylə! Mənim işlərimi çətinliklərdən yüngülləşdir! Üzrümü qəbul et! Günah yükümü üstümdən götür! Ey saleh bəndələrinə mehriban Allah!

28-ci gün: Allah! Məni bu gündə yaxşı işlərdən xeyrimi çox et! Mənim arzularımı yerinə yetirməklə məni əziz tut! Sənə yaxın olmaq üçün vasitələri mənim üçün hazır et! Mənim arzularımı yerinə yetirməklə məni əziz tut!sənə yaxın olmaq üçün vasitələri mənim üçün hazır et!

29-cu gün: Allah! Məni öz rəhmətinin aquşuna al! Mənə bu gündə tövfiqi və paklığı nəsib eylə! Mənim ürəyimi natəmöiz töhmətlərdən uzaq et! Ey mömin bəndələrinə mehriban olan Allah!

30-cu gün: Allah! Mənim orucumu bu gündə şükr dərəcəsində qəbul et! O səviyyədə ki, sən və Rəsulun razı ola! And veririk öz ağamız Məhəmmədə (s) və onun pak ailəstinə! Həmd olsun aləmlərin Rəbbinə!


Qeyd:

Ramazanın 10-da Həzrəti Xədicənin (ə) vəfatə
Ramazanın 15-də Həzrəti İmam Həsənin (ə) mövludu
Ramazanın 18-dən 19-na keçən gecə Əhya gecəsidir (Qədr gecəsi)
Ramazanın 19-da Həzrət Əlinin (ə) yaralanması
Ramazanın 20-dən 21-nə keçtən gecə Əhya gecəsidir (Qədr gecəsi)
Ramazanın 21-də Həzrət Əlinin (ə) vəfatıdır
Ramazanın 22-dən 23-nə keçən gecə Əhya gecəsidir (Qədr gecəsi)

Peyğəmbərimizin orucla bağlı mübarək sözlərindən
bəziləri:

- Oruc tutun, şəfa taparsınız.
- Allah buyurur: oruc mənim üçündür, onun mükafatını mən verirəm.
- Oruclunun sükutu zikr, yuxusu ibadət, duası məğbul əməllərin savabı kimi qiymətləndirilir.
- Orucla Quran qiyamət günündə Oruc tuttana kömək edəcəkdir.
- Oruc səbrin yarısıdır.
- Ümmətim Ramazan ayının xeyrini və yüksək şərəfini bilmiş olsaydılar, bütün ilin ramazan ayı olmasını arzu edirlər.

Oruc haqqında həkimlər
deyir:

"Oruc insanın sinir sistemi, həzm orqanı, qaraciyər, damar sərtliyi, böyrəklərin işləməsi, yüksək qan təzyiqi və şəkər xəstəliyi üçün xeyirlidir".

Media Holding ©2002-2004