| ÖLKƏ |
7 mart [10:00] ||
Minsk qrupunun fransalı həmsədri Ermənistanda səfərdədir
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bu gün Yerevanda Ermənistanın xarici işlər Vardan Oskanyanla danışıqlar aparacaq. Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşünün gündəliyi müzakirə olunacaq. Sonra fransalı diplomatın Gürcüstan ərazisi ilə Azərbaycana gələcəyi gözlənilir. Ermənistan xarici siyasət idarəsinin nümayəndəsi Vladimir Karapetyan bildirib ki, Bernar Fasyenin Azərbaycandan Ermənistana qayıtması nəzərdə tutulur.
| |
7 mart [10:00] ||
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Axşam saatlarında Nobel prospekti 157-də bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qəzaya səbəb naməlum sürücünün yol nəqliyyat qaydalarına riayyət etməməsi olub. Piyada Orucov Rafael Cavanşir oğlunu vuran sürücü hadisə yerindən qaçıb. Yaralı dərhal kliniki tibbi yardım xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu deyir.
| |
7 mart [10:00] ||
ABŞ-Azərbaycan hərbi əlaqələri genişləndirilir
ABŞ-ın Avropadakı qoşunlarının komandanlığı ilə Azərbaycan Müdafiə Nazirliyi birgə iş planı hazırlayır. İş planı təhlükəsizlik sahəsində əməkdaşlıq səylərinin daha da effektli koordinasiyasına xidmət etməlidir. Planın tərtibi apreldə Bakıda keçiriləcək ikitərəfli əməkdaşlıq və planlaşdırma konfransında da davam etdiriləcək. Bu plan fevralın 21-24-də Ştutqratda Birləşmiş Ştatların Avropadakı qoşunları komandanlığının strateji siyasət və qiymətləndirmə direktorluğu və Azərbaycan Müdafiə Nazirliyi əməliyyatlar və döyüş hazırlığı şöbəsi nümayəndələrinin görüşündə müzakirə olunub.
| |
7 mart [10:00] ||
Türkiyə siyasətçisinin İsveçrədə məhkəməsi keçirilir
Türkiyə İşçi Partiyasının sədri Doğu Pərinçəkin İsveçrədə Keçirilən Məhkəmə prossesində iddiaçı və müdafiə tərəflərinin şahidləri dinlənilib. Qərara alınıb ki, prosses martın 8-9-da davam edəcək. Xatırladaq ki, türkiyəli siyasətçi İsveçrənin Lozanna şəhərindəki mitinqdə «erməni soyqrımı beynəlxalq yalandır» dediyi üçün yerli prokurorluq onun haqqında cinayət işi qaldırıb. Doğu Pərinçəkə dəstək üçün Almaniya, Rusiya və İngiltərədən bir sıra elm adamları, tarixçilər, Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti Rauf Denktaşın rəhbərliyi ilə siyasi partiyalar, qeyri hökumət təşkilatları, vəkillər bürolarının nümayəndələrindən ibarət 160 nəfərlik nümayəndə heyyəti Lozanna şəhərinə gediblər.
|
|
DÜNYA |
7 mart [10:00] ||
İran hökuməti interpola müraciət edib
İran hökuməti general Əli Reza Əskərinin axtarışında kömək üçün interpola müraciət edib. Generalın Birləşmiş Ştalarının təhlükəsizlik xidməti ilə əməkdaşlıq etdiyi və avropa ölkələrindən birində gizləndiyi ehtimal olunur.
Tehran adminstrasiyasının verdiyi məlumata görə, Əli Reza Əskəri fevralın 7-də Dəməşqdən Türkiyənin İstanbul şəhərinə gəlib. Hava limanından mehmanxanaya gedən zaman itkin düşüb. Bəzi xarici informasiya vasitələrinin verdiyi məlumata görə, general qaçmaq qərarına gəlib və hazırda ailəsi ilə birlikdə Avropa ölkələrindən birindədir. Onun Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi ehtimal olunur. Digər mənbələrsə Əli Reza Əskərinin «Mossad» casuslaı tərəfindən oğurlandığı və hazırda İsraildə olduğunu bildirir. Analitiklər hesab edirlər ki, general Əli Reza Əsgərinin yoxa çıxması İran üçün ciddi zərbə ola bilər. Belə ki, onun Avropa Birliyi və Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edən, İranın nüvə proqramı, ordusu və kəşfiyyatı ilə bağlı məlumatları bilavasitə əldə etmək imkanı olub.
| |
3 mart [10:00] ||
Müəmmar Qəddafi dövlət başına gəldiyinin 30-cu il dönümü qeyd edib
Liviya inqilabının lideri Müəmmar Qəddafi dövlət başına gəldiyinin 30-cu il dönümü qeyd edib. Təntənəli mərasimə Uqandanın, Çadın və Nigerin dövlət başçıları qatılıb.
Son 30 il ərzində Liviyanın əvəzsiz lideri olan Müəmmar Qəddafi dünən bəyan edib ki, indiyədək təcrid olan ölkəsinin dünyada tanınması üçün məqam çatıb. O, bəyanatını «CƏmahiriyyə» yəni «Kütlənin idarəsi» adlı bəyannamənin qəbul edilməsinin 30-cu il dönümünə həsr olunan siyasi debatlarda səsləndirib. Liviya başçısı öz siyasi modelini məşhur yaşıl kitabda məhz belə adlandırıb. Onun sözlərinə görə, vaxt gələcək ki, Liviya xalqının rəhbərə ehtiyacı olmayacaq. Diktatorun fikrincə, Liviya dövlətində idarəetmə üsulu qərb demokratiyasından daha səmərəlidi. Onun fəlsəfi düşüncələrinə əsasən, hər bir vətəndaş ictimai konfranslar vasitəsi ilə dövlətin idarə edilməsində rol oynamalıdı. Lakin məhz «cəmahiriyyə» modelinin tətbiqi Liviyada diktaturanın yaranmasına səbəb olub. Lakin Qəddafinin fikrincə, qərb demokratiyası Afrika dövlətləri üçün yararsızdı və rəsmi Vaşinqton öz siyasi sistemini başqa ölkələrə yeridərək böyük səfhə yol verir.
| |
3 mart [10:00] ||
Boliviya prezidenti Vaşinqton rəsmilərini qəbul edib
Birləşmiş Ştatlar və Avropa dövlətlərinə qarşı sərt mövqe tutan solçu siyasətçi - Boliviyanın dövlət başçısı Evo Morales dünən Vaşinqton rəsmilərini qəbul edib. danışıqlar zamanı narkotik alverinə qarşı mübarizə əsas müzakirə mövzusu olub.
Boliviyaya səfər edən Birləşmiş Ştatların dövlət departamentinin nümayəndələri paytaxt La-Pasda dövlət başçısı Evo Moraleslə görüşüb. Danışıqlar zamanı tərəflər narkotik madələrin satışına qarşı mübarizəni gücləndirmək üçün birgə tədbirlər planı hazırlamaq qərarına gəlib. Boliviyada və qonşu Venesuellada demokratiyanın gələcəyinə dair mərkəzi kəşfiyyat idarəsinin bədbin mülahizələrinin reallığı əks etdirmədiyini deyən Evo Morales bildirib ki, Boliviyanın diplomatiyası demokratik prinsiplərə əsaslandığı tədqirdə ölkədə sosial, xüsusi ilə işsizliklə bağlı problemlər ön plana çəkilib. Dövlət başçısı rəsmi Vaşinqtonla 2 tərəfli əməkdaşlığın vacibliyini vurğulayıb. Öz növbəsində Ağ Ev təmsilçisi etiraf edib ki, müəyyən məsələlərə fərqli nəzər nöqtəsindən baxan hökumətlər bəzi problemlərə ümumi mövqedən yanaşır. Onun qənaətincə, rəsmi La-Pasla sıx əlaqələr qurulundan sonra narkotik alverinə son qoymaq mümkün olacaq. Xatırladaq ki, kokain istahsalı üzrə dünyada 3-cü yer tutan Boliviyanın narkotikləri əsasən Amerikanın qara bazarında satılır. Rəsmi Vaşinqtonun firkincə, Boliviya hökuməti koka bitkisinin yetişdirilməsinə icazə verərək narkotiklərin istehsalını asanlaşdırıb. Prezident Evo Morales ölkəsindəki ən iri koka yetişdirən fermalar birliyinin başçısı olaraq qalır. O, dolanışq üçün və qanun çərçivəsində bu işlə məşqul olan kəndlilərin hüquqlarını müdafiə edir.
| |
1 mart [10:00] ||
İran perzidenti Sudana rəsmi səfər edib
İran perzidenti Mahmud Əhmədinecət Sudana rəsmi səfər edib. Onun həmkarı ilə görüşündə belə bir nəticəyə gəlinib ki, «Ağ Evin siyasətinə yalnız vahid cəbhə ilə müqavimət göstərmək mümkündü»
Xartumda 2 günlük səfərdə olan İran prezidenti MAHMUD Əhmədinejat sudanlı həmkarı Ömər Əl-Bəşirlə görüşüb. dövlət başçıları rəsmi Vaşinqtonu İraq, Livan və Fələstində sabitliyi pozmaqda və daxili qarşıdurma yaratmaqda ittihamlayıblar. Ömər Əl-Bəşir bildirib ki, Sudan xalqı İraq və Livanı parçalmağa, eləcədə Fələstin əhalisini vətəndaş müharibəsinə təhrik etməyə yönələn cəhdlərin qəti əleyhinədi. Onun fikrincə, həmin cəhdləri İslam dünyasının zəifləməsini istəyən dövlət dəstəkləyir. Öz növbəsində Mahmud Əhmədinejat əlavə edib ki, müasir dövrdə qüsurlu dövlətlər öz hegemonluğunu başqa ölkələrə zorla qəbul etdirə bilməyəcək. Onun qənaətincə, pentaqon başda olmaqla digər əcnəbi orduların qoşunlarının İraqda yerləşdirilməsi dini və etnik zəmində qarşıdurmaların yaranmasına əsas səbəb olub.
| |
1 mart [10:00] ||
Bosniya və Herseqovinadakı hərbi kontingentin sayı azaldılacaq
Avropa Birliyi Bosniya və Herseqovinadakı hərbi kontingentinin sayını azaldır. yaxın 3-4 ay ərzinə onların sayı 6000-dən 2500 dək azaldılacaq. Avropa rəsmilərinin fikrincə, Kosovada vəziyətin gərginləşəcəyi istisna edilməsə də Bosniya və Herseqovinada vəziyyətin sabitləşməsi bu addımı atmağa imkan verib. Məlumata görə, Britaniya ordusu 600 hərbçisini Bosniyadan geri çağıracaq. Dünən müdafiə naziri Adam İnqrem nümayəndələr palatasında rəsmi açıqlama verməliydi. Lakin nazirlik müvafiq qərarını izah etmək istəməyib.
| |
|
CƏMİYYƏT
|
7 mart [10:00] ||
Bərdədə zona müşavirəsi keçirilib
Bərdədə Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilib. 20-ə yaxın rayonun baytarlıq idarəsinin əməkdaşlarının qatıldığı toplantıda əsasən, mövcud problemlər nəzərdən keçirilib. Bildirilib ki, kəndlərdə baytarlıq məntəqələrinin olmaması baytarların işinə çətinlik törədir. Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov problemin aradan qaldırılması istiqamətində iş görüldüyünü bildirib.
Onun sözlərinə görə, bütün kəndlərdə baytar sahə məntəqəsi tikiləcək.
| |
7 mart [10:00] || 
Şamaxıda içməli su problemi aradan qaldırılır
Şamaxı sakinlərinin içməli su problemi ilin sonunadək həllini tapacaq. Hazırda rayon sakinlərinin yalnız 20 faizi içməli suyla təmin olunur. Əksər sakinlər suyu müxtəlif nəqliyyat vasitələri ilə gətirirlər.
Pirsaat çayından Şamaxı rayon mərkəzinə içməli su kəməri çəkilir. Uzunluğu 9,5 kilometr olan boru xəttinə ümumi uzunluğu 1 kilometr olan drenaj borular birləşdiriləcək. Kəmər vasitəsilə gələcək su tutumu 1200 kubmetr olan anbara dolacaq. Burada quraşdırılmış böyük nasoslar saatda 180 kubmetr olmaqla suyu Şamaxıda tikiləcək anbara ötürəcək. Şamaxı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov suyun tərkibinin yüksək göstəricilərə malik olduğunu deyir.
Nazim İsmayılovun sözlərinə görə, rayon daxilində paylayıcı xəttlərin tikilməsi üçün əlavə 28 kilometr uzunluğunda boru gətiriləcək. İşin bu ilin sonunadək tamamlanması nəzərdə tutulur.
Layihə başa çatdıqdan sonra rayon əhalisinin içməli su tələbatının tam ödəniləcəyini gözlənilir.
| |
7 mart [10:00] || 
Milli ekoloji fondun yaradılmasına ehtiyac var
Ətraf mühitin mühafizəsində yaşıllaşmanın rolu böyükdür. Ekoloqlar ölkəmizdəki ekoloji durumu normal qiymətlənirmir. Odur ki, milli ekoloji fondun yaradılmasına ehtiyac var.
Ətraf mühitin çirklənməsi bəşəriyyət üçün əsas problemə çevrilib. Qlobal istiləşmə, su hövzələrinin, atomosferin çirklənməsi, yaşıllıqların məhv edilməsi ekoloji problemlərin artmasına təkan verən başlıca amillərdir. Mütəxəssislərin qənaətincə, təkcə yaşıllaşmanın azalması ekoloji fəlakətlər, erroziya, səhralaşma, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaq və çayların quruması təhlükəsinə zəmin yaradır. Rəsmi statistikaya görə, ölkəmizin ümumi ərazisinin 11,4 faizini meşələr təşkil edir. Bu isə, qəbul edilmiş beynəlxalq normalardan 2 dəfə azdır. Bunu nəzərə alan ekoloqlar ətraf mühitin mühafizəsi sahəsində milli strategiyanın inkişafı üçün milli ekoloji fondun yaradılmasına ehtiyac görür.
Ölkə ərazisində atmosfer havasının vəziyyəti də ürəkaçan deyil. Son vaxtlar stasionar mənbələrdən atılan tullantıların miqdarı azalsa da, nəqliyyatın və tikintilərin intensivləşməsi çirklənmə səviyyəsini sabit saxlayır. Bu isə, yaşıllaşmaya olan tələbatı daha da artır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə, ölkənin ekoloji durumunu normal səciyyələndirir. Nazirlikdən bildiriblər ki, hazırda fəaliyyət göstərən ekoloji fond ətraf mühitin mühafizəsinin öhdəsindən gələ bilir. Bununla belə, nazirlik istənilən səmərəli təklifləri qəbul etməyə və onları dəyərləndirməyə hazırdır.
| |
7 mart [10:00] || 
Gürcüstanda yaşayan soydaşlarımızın problemləri həll edilir
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri aradan qaldırılır. Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze «Lider» telekanalına müsahibəsində bildirib ki, rəsmi Tbilisi həm torpaq, həm də təhsil problemlərinin həll olunması istiqamətində konkret addımlar atmağa başlayıb. Səfir «Gürcüstanda roblemlər təkcə azərbaycanlıların yaşadığı ərazilərdə deyil, bir çox regionlarda mövcuddur. Burada əsas torpaq və təhsil problemi özünü daha qabarıq şəkildə göstərir. Amma təmsil etdiyim hökumət bu problemin də aradan qaldırılmasına çalışır. Demək olar ki, azərbaycanlıların yaşadığı kəndlərdə torpaqların 85 faizi paylanılıb. Çox az kəndlər var ki, orada problem həll olunmayıb. Təhsillə bağlı məsələ isə, elə də ciddi bir problem deyil. Bu məsələ ilə də hökumət məşğuldur. Bu yaxınlarda, hətta Kvemo-Kartli bölgəsində məktəblərə direktor seçilməsi üçün imtahan da keçirildi. Bu da ondan xəbər verir ki, artıq məsələnin həllinə yaxınlaşmışıq» deyə bildirib.
| |
6 mart [10:00] || 
Od çərşənbəsidir
Sayca 2-ci - od çərşənbəsidir. İnanclara görə, bu gündən günəş yavaş-yavaş torpağı isitməyə başlayır. Od çərşənbəsində tonqallar qalanır. Bu çərşənbənin özəlliyi ondan ibarətdir ki, xonçalar bəzənir və hər ailə üzvünün adına bir şam yandırılır.
| |
6 mart [10:00] || 
Efir məkanımızda Rusiya kanalları at oynadır
Azərbaycan efir məkanına xarici telekanalların qanunsuz müdaxiləsi yerli televiziyaların ölkə ərazisindəki yayımına da əngəl yaradır. Şimal rayonları ərazisində Azərbaycan televiziyası və «İctimai televiziya»-dan başqa 4 özəl, 2 regional və 2 xarici televiziyanın yayım hüququ olduğu halda 10-dan çox Rusiya kanalı da efirdə at oynadır.
Qubanın bəzi yaşayış məntəqələrində, Qusarın əksər hissəsində Xaçmazın isə bütün ərazisində bizim telekanallarla yanaşı, 10-dan artıq Rusiya televiziyasını da izləmək mümkündür. Halbuki adı çəkilən ərazilərdə qonşu öləkənin yalnız «RTR planeta» kanalının yayım hüququ var. Rusiyanın bəzi KİV-lərinin ermənipərəst mövqeyi heç kimə sirr deyil. Təəssüf ki, bədnam qonşularımızın mənafeyinə xidmət edən qeyri- obyektiv videomateriallar bizim efir məkanına da yol tapır. Bundan əlavə bəzi kanallar Azərbaycan televiziyalarının yayımında əməlli başlı problemlər yaradır.
Qeyd edək ki, ölkənin şimalında 25-ci telekanal «Lider» TV-yə məxsusdur. Amma nədənsə bəzən bu tezliyə başqası sahib çıxır. Səbəbini öyrənməyə çalışdıq. Dövlət Radio Tezliklər İdarəsinin Quba rayon efirə radio nəzarət məntəqəsi bunun qarşısını ala bilməsə də qapılarını yerli televiziyaların üzünə möhkəm bağlayıb.
Tamaşaçıları narahat edən daha bir problem xüsusilə də qış aylarında yerli telekanalların yayımında tez tez yaranan fasilələrdir.
Yerli radio və televiziya yayım stansiyasının rəisi Elburus Ağasiyev bunu enerji verilişində yaranan fasilələrlə əlaqələndirir.
|
| İQTİSADİYYAT |
3 mart [10:00] ||
Kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilir
Paytaxtda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilir. Təxminən 40 rayondan gətirilən məhsullar Bakının 7 rayonunun 13 məntəqəsində təşkil olunmuş yarmarkalarda satışa çıxarılıb. Tələbat daha çox olduğundan ət məhsulları və kartof üstünlük təşkil edir. Bu həftə də satışa çıxarılan məhsulların ümumi həcmi 250 tona yaxındır.
|
| TƏHSİL VƏ MƏDƏNİYYƏT |
3 mart [10:00] ||
Vasif Adıgözəlovun diski işıq üzü gördü
Görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun 3-cü kompakt diskinin təqdimat mərasimi keçirilib. Gecədə dövlət və elm xadimləridə iştirak edib.
Bakı Caz Mərkəzində görkəmli bəstəkar Vasif Adıgözəlovun kompakt diskinin təqdimat mərasimi keçirildi. Ailəsi tərəfindən hazırlanan sayca 3-cü diskdə dahi sənətkarın zəngin musiqi toplusunun yalnız bir qir qismini cəmləmək mümkün olub.
Mərasimdə iştirak edən ziyalılar Vasif Adıgözəlov haqqında xoş xatirələrini bölüşdülər və kompakt diskin buraxılmasını razılıqla qarşıladılar. Amma bu, sonuncu olmayacaq. Gələcəkdə bəstəkarın əsərlərindən ibarət yeni disklərin də istifadəyə verilməsi nəzərdə tutulur.
Gecənin sonunda bəstəkarın musiqi toplusundan ibarət disklər qonaqlara təqdim olundu.
|
3 mart[10:00] ||
Təltif edilmiş şəxslərə mükafatlar təqdim olunub
Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilmiş şəxslərə mükafatlar təqdim olunub. Azərbaycan incəsənətinə və mədəniyyətinə verdikləri töhvələrə görə, 57 nəfər Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsnət xadimi, Əməkdar rəssam, Əməkdar artist, Xalq artisti, Xalq rəssamı və Əməkdar müəllim mükafatları ilə təltif olunub. Qeyd edək ki, mükafatlar təqdim olunan şəxslər yalnız kişilərdir. Xanımlara isə, mükafatlar martın 6-da veriləcək.
|
| İDMAN |
5 mart [17:00] ||
Atletlər idman bayramını qeyd edirlər
Bu gün ölkəmizdə idman günü qeyd olunur. Gənclər və İdman Nazirliyi günü əvvəliki illərdən fərqi şəkildə qeyd edib.
İdman gününə həsr olunumuş marafona ölkənin 50 idman klubunu təmsil edən 500-dən çox atlet qatıldı. İştirakçılar marafonçular öncə milli liderimiz Heydər Əliyevin məzarını ziyarət etdilər.
Marafonun startı Fəxri xiyabanın qarşısına təyin olunudu. İdmançılar burdan Tofiq Bəhrəmov adına respublika stadiouna qədər məsafəni qət etməlidilər.
Marafonçular sırasına gənclər və idman naziri Azad Rəhimov da qoşulub. Amma nazirin rəhbərlik etdiyi qrupun gücü yalnız 200 metr məsafəni qət etməyə çatıb.
Digər iştirakçıların məsafəni sonuna qədər qət etdilər.
|
| |
|