Azərbaycan Respublikası Milli Məclisinin bəyanatı
Azərbaycanlıların mə`ruz qaldıqları soyqırımı faciələrinin ifadəsi olan 31 mart günü xalqımızın tarixində ən ağır matəm və hüzn günlərindən biridir.
XVII əsrin əvvəllərindən e`tibarən çar Rusiyasının, sonralar isə Sovetlər Birliyinin gizli və açıq himayəsindən istifadə edən erməni şovinistləri sərsəm "böyük Ermənistan" xülyasını həyata keçirmək üçün Cənubi Qafqazda iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək məqsədini qarşılarına qoyaraq, müntəzəm surətdə törətdikləri soyqırımı cinayətləri nəticəsində 2 milyon azərbaycanlını deportasiya etmiş və 1,5 milyon azərbaycanlını qətlə yetirmiş, qədim yaşayış məskənlərini, yurd yerlərini, tarix və mədəniyyət abidələrini yerlə yeksan etmişlər.
Azərbaycanın şimal hissəsinin çar Rusiyası tərəfindən ilhaqına yekun vuran 1831-ci io Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri bağlandıqdan sonra İran və Türkiyədən yüz minlərlə erməninin bu əraziyə köçürülməsi, yerli sakinlərlə müqayisədə onlara xüsusi hüquq və imtiyazların verilməsi azərbaycanlıların hər vasitə ilə sıxışdırılmasına gətirib çıxarmışdır. Rusiya imperiyasının Qafqazda öz dayaqlarını möhkəmləndirmək niyyətinə xidmən edən gəlmə erməni əhalisindən sonralar siyasi amil kimi istifadə olunmuşdur.
Qafqazda öz mövqelərini möhkəmləndirdikdən sonra erməni millətçiləri 1887-ci ildə qnçak, 1890-cı ildə isə daşnaksütyun terrorçu partiyalarını yaradaraq əzəli Azərbaycan torpaqlarına iddialarını, etnik tənmizləmə planlarını daha da genişləndirmiş və sistemli surətdə davam etdirmişlər. 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələrindən hərtərəfli yardım alan erməni quldur dəstələri İrəvanda, Zəngəzurda, Göyçədə, Haxçıvanda, Qarabağda, Tiflisdə Gəncədə, Bakıda, 1914-cü ildə Şərqi Anadoluda - Ərzurumda, Qarsda, Ərdəhanda, Adanada dinc azərbaycanlılara və türklərə amansızcasına divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları tarixdə görünməyən qəddarlıq və vəhşiliklə öldürmüşlər.
Azərbaycan xalqına qarşı soyqırımı cinayətləri 1918-ci ildə daha geniş vüs`ət almışdır. Bu dövrdə soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük qəddarlıqla həyata keçirilmişdir. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkənranda erməni-bolşevik silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı yerindən-yurdundan didərgin salmışlar. Mart ayının üç günü ərzində Bakı şəhərində 30 minə qədər soydaşımız xüsusi amansızlıqla işgəncə verilərək öldürülmüşdür. Bakı qırğının ardınca Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 minədək adam, o cümlədən 1653 qadın ıə 865 uşaq qılıncdan keçirilmiş və güllənmiş, Quba qəzasının 122 kəHdi yerlə yeksan edilmişdir. Şərur, Dərələyəz, Haxıvan bölgəsində, Qarabağın dağlıq hissəsində, Zəngəzur qəzasında yüzlərlə azərbaycanlı kəndi yandırılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd dağıdılmış, yandırılmış və talan edilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlılara qarşı soyqırımı faktları araşdırılmışdır və bu gün də Azərbaycan Respubilkasının arxivlərində saxlanılır.
Erməni terrorçu dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yeridilən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdi.
Erməni şovinistlərinin azərbaycanlılara qarşı soyqırımı cinayətləri cəzasız qaldığına, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilmədiyinə görə Sovet Hakimiyyəti dövründə də azərbaycanlılar barəsində düşmənçilik siyasəti davam etdirilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinini tərkibinə daxil olan Göyçə, Zəngəzur və digər ərazilər o zamankı Sovet hökuməti rəhbərlərinin əli ilə qondarma Ermənistan dövlətinə qatılmış, Dağlıq Qarabağ ermənilərinə isə əsassız olaraq muxtariyyət verilmişdir. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR hakim dairələri 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqları olan Qərbi Azərbaycandan (Müasir Ermənistan ərazisindən) deportasiya edilməsminə nail olmuşdur.
Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq edib Ermənistana birləşdirmək məqsədi ilə 1988-ci ildə başlanmış separatçılıq hərəkatı, işğalçılıq müharibəsi və etnik təmizləmə Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsini təşkil etmişdir. Bu gün Azərbaycan Respublikası ərazisinin 20 faizi, yə`ni Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyon azərbaycanlı Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən didərgin salınmışdır. Vaxtilə əhalisinin mütləq əksəriyyətinin azərbaycanlılar təşkil edən müasir Ermənistan Respublikası ərazisində bu gün bir nəfər də azərbaycanlı qalmamışdır. Ermənistanın silahlı təcavüzü gedişində 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.
Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin miqyasını və necə vəhşiliklə həyata keçirildiyini təsəvvür etmək üçün 1992-ci il fevralın 26-da Dağlıq Qarabağın Xocalı şəhərində baş vermiş faciəni yada salmaq kifayətdir. Bəşər tarixində ən böyük müsibətlərdən olan bu faciə zamanı bütöv bir şəhər erməni qoşunları tərəfindən yerlə yeksan edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin - qocalar, uşaqlar, qadınlar əsir aparılaraq dəhşətli təhqirlərə, zülmə və həqarətə mə`ruz qalmışlar.
"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikasının prezidenti cənab Heydər Əliyevin fərmanına əsasən hər il martın 31-də ölkəmizdə soyqırımı qurbanlarının xatirəsi yad edilir. 1998-ci il martın 31-də Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar xüsusi bəyanat qəbul edərək, BMT-dən, Parlamentlərarası İttifaqdan, ATƏT-dən, Avropa Şurasından, MDB-dən, digər beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü tə`sirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdi.
Təəssüf ki, ötən dövrdə bu istiqamətdə nəinki heç bir iş görülməmiş, əksinə, bə`zi Avropa ölkələrinin parlamentləri bizim günlərimizdə azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinə göz yumduqları halda, XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində törədildiyi iddia edilən uydurma "erməni soyqırımı"nı tanıyaraq, ermənipərəst qərəzli mövqe tutduqlarını nümayiş etdirmişlər.
Tarix unutqanlığı bağışlamır, cinayətin cəzasız qalması yeni cinayətin cəzasız qalması yeni cinayətlərə rəvac verir. Bu gün Ermənistanda əzəli Azərbaycan torpağı olan Haxçıvana iddialar irəli sürülməsi, 1921-ci ilin oktyabrında, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında bağlanmış Qars müqaviləsinin ləğvinə çağırışların səslənməsi, Türkiyənin və digər qonşu ölkələrin torpaqlarına göz dikilməsi məhz işğalçı Ermənistan Respublikası barəsində beynəlxalq aləmdə yaradılmış cəzasızlıq mühitinin nəticəsidir. Yaddan çıxarmaq olmaz ki, dənizdən-dənizə "böyük Ermənistan" dövləti yaratmaq istəyən erməni millətçilərinin və şovinistlərinin nə tarixi həqiqətlərə, nə də bugünkü siyasi reallıqlara uyğun gəlməyən, mövcud beynəlxalq hüquq normalarını kobudcasına pozan, bəşəri əxlaq me`yarlarına zidd olan ağzın xəyalları, Azərbaycan da daxil olmaqla qonşu ölkələrin hamısına qarşı ərazi iddiaları bütün dünyada sülh və sabitlik üçün təhlükə törədən çox böyük müharibə tonqalının alovlanmasına gətirib çıxara bilər.
Azərbaycan Respublikası Milli Məclisi bir daha BMT-yə, Parlamentlərarası İttifaqa, ATƏT-ə, Avropa Şurasına, MDB-yə, digər beynəxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, əsrlər boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətlərini tanısınlar, gələcəkdə soyqırımı cinayətlərinin qarşısını almaq üçün mümkün olan bütün tədbirləri görsünlər, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılmasına, Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının tə`sis olunması ideyasının həyata keçirilməsinə kömək göstərsinlər. Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatından Ermənistanın təcavüzkar dövlət e`lan olunmasını, təcavüzkarın cəzalandırılmasına dair müvafiq beynəlxalq hüquq normalarının ona tətbiq edilməsini, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair 1993-cü il tarixli 822, 853, 874 və 884 nömrəli qətnamələrinin yerinə yetirilməsini, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpasının tə`min olunmasını tələb edir.
(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2001-ci il 30 mart tarixli iclasında qəbul edilmişdir).
|