|
Min illər ərzində Azərbaycanın zərgərlik sənəti sadədən mürəkkəbə
doğru böyük bir yol kecmişdir. Qiymətli metallardan hazırlanan
çoxsaylı zinyət əşyaları - onlar XI b.ə.ə. - XII əsrlərə aid olunur,
Azərbaycan xalqının yüksək mədəniyyətindən soraq verir. Tapılan
əşyaların analizi göstərir ki, qədim ustalar zərgərlik sənətinə
mükəmməl yiyələnmiş və bu sənətin sirrlərini sonrakı nəsillərə də
öyrətmişlər. Zinyət əşyalarının bir çoxu qismən də olsa ilkin
formasını saxlamışdır.
Zərgərlik məmulatları forma etibarı ilə çox müxtəlifdir və mürəkkəb
kompozisiyaya malikdir. Həmin məmulatların hissələrini çoxləçəkli
güllər, ulduzlar, aypara, butalar təşkil edir. Həmin elementlərdə nə
vaxtsa qədim zamanlarda adamların pənah gətirdiyi, tapındığı
varlıqlar əks olunsa da, sonradan ilkin mənasını itirmiş və bizim
günlərə dekorasiya məmulatları kimi gəlib çatmışdır.
Zərgərlik məmulatlarI adətən qiymətli qaşlarla, o cümlədən yaqut,
zümrüd, firuzə ilə bəzədilirdi. Buna "qaş" da deyilir.
XIX əsrin zərgərlik məmulatları qızıl və gümüşdən hazırlanırdı.
Forma və texnika baxımından gümüşdən hazırlanan məmulat qızıl
məmulatlardan fərqlənir. Bəzən gümüş məmulatları qızıl suyuna da
çəkirlər.
|