Qafqazın cənub-şərqində, Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycan Respublikasına bir nəzər salaq. Gözlərimiz önündə nəhayətsiz düzənliklər və çəmənlər, zirvəsi qarlı dağlar və qumlu dəniz sahilləri canlanır. Bərəkətli torpaq, yumşaq iqlim, ilıq günəş şuaları kənd təsərrüfatının bütün sahələrinin inkişafı ücün gözəl şərait yaradır.
Qafqazda bitən altı min növ bitkinin 4100-ü Azərbaycanın ərazisindədir.
Həmin bitkilər böyük müalicəvi əhəmiyyətə malikdir. Respublikamız mineral su mənbələrilə də zəngindir. Azərbaycan hələ qədim zamanlardan Şərqin yüksək dərəcədə inkişaf etmiş kənd təsərrüfatı ilə, o cümlədən pambığçılıqla, heyvandarlıqla seçilen, neft və başqa faydalı qazıntılarla zəngin ölkəsi olmuşdur.
Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yolların kəsişməsində yerləşən Azərbaycan ərazisi eyni zamanda iqtisadi və siyasi əlaqələrin mərkəzi kimi böyük əhəmiyyət daşımışdır.
Azərbaycan həmişə yüksək mədəniyyət oçağı olmuşdur. Bu torpaqda istehsal olunmuş xalça və xalça məmulatı bir çox tarixi əsərlərdə, klassik ədəbiyyatda və şifahi xalq ədəbiyyatında dəfələrlə heyranlıqla xatırlanmışdır.
Azərbaycan xalçasını necə təsvir edək? Onu görmək lazımdır, çünki həmin xalçalar Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini - səmanın maviliyini ve meşələrin yaşıllığını, dağ yamaclarının əlvanlıqını, qarlı zirvələrin beyazlığını əks etdirir. Bu xalçalarda qırmızı nar
dənələrinin ve qızılı heyvanın, sarı zəfəranın və kəhrəba üzümün rəngləri ecazkar bir şəkildə qovuşmuşdur. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlıqı ilə fərqlənir.
Xalçaçılıq Azərbaycanın ən qədim dekorativ-tətbiqi sənət növlərindən biridir. Arxeoloji tədqiqatlar, ədəbi abidələr Azərbaycanda xalçaçılıq sənətinin çox qədim dövrlərdə yaranmasını sübut edir.
Tarixi mənbələrdəki məlumata görə, orta əsrlərdə Azərbaycan Şərqdə həm xovlu, həm də xovsuz xalça istehsalının mərkəzlərindən biri hesab olunmuşdur. X əsrə aid (982-ci il) "Hüdud-əl-Aləm" əlyazmasında deyilir ki, Azərbaycan şəhərləri, o cümlədən Muğan öz çuvalları və palazları ile məşhur olmuşdur; Naxçıvan, Xoy ve Salmaz şəhərləri öz zilileri, xalçaları və toxuculuq məmulatı ilə, Ərdəbil ve Şirvan əlvan ipək və yun parçaları ilə şöhrət qazanmışdır.


AZƏRİ | Ana səhifə | english


AZƏRİ | Ana səhifə | english



WEB Design Group Media holding
Copyright©by Media Holding,2005