|
Azərbaycan tikmələri texnika və kompozisiya baxımından qədimliyi ilə
fərqlənir.
İtaliya səyahətçisi Marko Polo (XIII əsr) Şamaxı və Bərdədə ipək
tikmələrin gözelliyini qeyd edir. İngilis səyahətçisi, tacir Antoni
Cekinson XVI əsrdə şahin yay iqamətgahını təsvir ədərək
yazırdı ki, "şah ipək və qızıla bürünmüş geniş çadırda əyləşmişdi,
onun geyimi isə mirvari və qiymətli daş-qaşlarla bezedilmişdi".
Əsas xammal kimi yerli məhsullardan - qanavuzdan, məxmərdən istifadə
olunurdu. Həmin xammal əsasən Şamaxı, Basqal, Gəncə, Şəki, Şuşa və
digər şəhərlərdə hazırlanırdı.
Azərbaycanda qızılı tikmə, qırçınlı tikmə, girdə çərçivə içərisində
naxışlı toxuma, muncuqlarla bəzədilmiş digər tikmə növləri geniş
yayılmısdır. Onlardan qızılı tikmə daha qədimi hesab olunur. Həmin
tikmə növü "guləbətin" adlanır.
Günbəzvari, girdə çərçivə içərisində naxış toxuma üsulu da geniş
yayılmışdı. XIX əsrdə onun mərkəzi Şəki hesab olunurdu.
Baş örtüklərinin, araxçınların, namaz xalcalarının, yun
paltarlarının toxumasından geniş istifadə olunurdu.
Tikmələr bir qayda olaraq mirvari və muncuqlarla bəzədilirdi. Quruma
və spiralşəkilli tikmə növləri son dovrlərdə meydana çıxıb.
|