Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindəndir.
Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan dövlətciliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna carlığı yaranır. Allahlara məbədlər ucaldılır. Mannalar təbiət hadisələrinə, günəşə və aya inanırdılar.
Eramızdan əvvəl VI əsrin əvvəllərində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştlük rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan erazisində müstəqil dövlətciliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena carı Atropatın adI ilə bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq "Azərbaycan" şəklinə düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdəAzərbaycan dövləti möhkəmlənir. Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mənəvi və dünyəvi mədəniyyə inkişaf edir.
VIII əsrin əvvəllərində Azərbaycan ərəblər tərəfindən işğala məruz qaldI və Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə cevrildi. Yeni ənənələr və mədəniyyət təşəkkül tapdı. İslamı qəbul etmiş digər xalqlar ki, azərbaycanlılar da ümumi "müsəlman" adı altında müsəlman mədəniyyətinin inkişafında iştirak etmişlər.Azərbaycan dünyaya görkəmli alimlərin, şairlərin, məmarlarIn böyük bir şəcərəsini bəxş etmişdir. Orta əsrlərdə Azərbaycanın ərazisində dövlətcilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər. Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə secilən xalqlardandIr. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə alışlanmışdIr. Xalqımızın "Kitabi Dədə-Qorqud", "Koroğlu" dastanları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, Qətran Təbrizi, Imadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərinin Yaradıcılığı bəşəri ideyaların tərənniminə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir.
Sefyəddin Örməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Behmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu ağa BakIxanovun və digər mütəfəkkirlərin.


AZƏRİ | Ana səhifə | english



WEB Design Group Media holding
Copyright©by Media Holding,2005