|
Qafqaz silahlarında Şərqdə silah düzəldən ustaların çoxəsrlik
təcrübəsi öz əksini tapıb. Üstəlik bu silahlar Qafqaz xalqlarının
ənənələrine uyğun şəkildə zənginləşdirilib. Ornamentinin
rəngarəngliyi və müxtəlifliyi baxımından diqqəti cəlb edən Qafqaz
silahları özlüyündə Şərqin mədəniyyət tarixində qeyri-adi hadisə
hesab olunur.
Qafqazda silahları bəzəmək üçün daha çox gümüşdən istifadə olunurdu.
Bir çox xəncər qəbzəsi böyük ustalıqla gümüşdən düzəldilmiş, üzərində
döymə işləri aparılmışdır.
Qafqaz tapançaları və çaxmaqdaşlı tüfənglər sadə istehsal
texnologiyasına baxmayaraq, yüksək döyüş keyfiyyəti ilə fərqlənirdi.
XVII əsrdən istəhsal olunmağa başlayan odlu silahlar artıq XVIII
əsrin sonunda yüksək səviyyəyə çatmış və Şərqdə geniş şöhrət
tapmışdır.
Qafqazda düzəldilən odlu silahlar bəzək elementləri ilə də diqqəti
cəlb edirdi. Belə ki, silahın lüləsi qızılla bəzədilir, sürgüsü çinar
və qöz ağacından hazırlanır, habelə sümükdən, gümüşden naxış
vurulurdu. Silahı düzəldən ustanın və onun sahibinin adının incəliklə
yazılışı xarici görünüşünə xüsusi gözəllik verirdi.
Orta əsr Qafqaz doyüşlərinin silahları və qoruyucu geyimləri -
xəncərlər, qılınclar, dəbilqələr, qalxanlar, nigablar və s. diqqəti cəlb edir. Həmin silahlar ya başqa ölkələrdən gətirilir, ya da Qafqazda hazırlanırdı.
|