|
Azərbaycan ərazisindən tapılan ilk sikkələr Makedoniyalı İsgəndərin
dövrünə aid edilir. Bu gümüş sikkələr draxma adlanırdı, ellinist
dövlətlərinin (Baktriya, Ponta) və digər antik mərkəzlərin (Afina,
Roma) sikkələrinə Azərbaycan ərazisində rast gəlinir.
Bizim eradan əvvəl III əsrdən başlayacaq qədim Azərbaycanda
(Atropatena və Qafqaz Albaniyasında) digər gümüş sikkələr də
kəsilmişdi. Həmin sikkələr Makedoniyalı İsgəndərin, Selevkiya və
Parfiya hokmdarlarının sikkələrine bənzəyirdi.
Azərbaycan VII əsrdə ərəb istilasına məruz qaldıqdan sonra Xilafətin
pul dövriyyəsinə qatılır.
IX-XI əsr Azərbaycan Feodal dövlətlərində, o cümlədən Şirvanşahlar -
Məzghidlər, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin
sikkələri, xüsusən də gümüş dirhəmlər nəinki Azərbaycanın daxili
bazarının telebatını ödəyir, hətta Qafqazda Xilafət sikkələri ilə
yanaşı bir növ beynəlxalq pul vahidi rolunu da oynayırdı.
XV-XVI əsrlərdə Şirvanşah sikkələri - tənqələr bütün Qafqazda ödəniş
vasitəsi hesab edilirdi.
Ölkənin cənubunda isə bir-birinin ardınca türkdilli sülalələr -
Qaraqoyunlular, Ağqoyunlular, Sefeviler dövləti meydana cıxırdı.
Həmin dövlətlər gümüş və qızıl sikkələr kəsirdi. XVI əsrin əvvəlində
Səfəvilər dövlətində buraxılan müəyyən mənada həmin dövlətin iqtisadi
gücünə dəlalət edirdi.
Gülüstan (1913) və Türkmənçay (1928) müqavilələrinə gorə Azərbaycanın
şimal hissəsi Rusiyanın tərkibinə keçdikdən sonra xanlıqlara sikkə
kesmeye qabağa qoyuldu. Azərbaycan ümumrussiya pul dövriyyəsinə
daxil edildi.
|