1. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir..
3. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır.
4. Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimyyətinin müstəqilliyinin təminatçısıdır

(Azərbaycan Respublikasının Konstitusiyasından)

   

İlham Heydər oğlu Əliyev

1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Azərbaycanlıdır, ali təhsillidir.
1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, 1985-ci ildə onun aspiranturasını bitirib. Tarix elmləri namizədidir.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dərs deyib.
1991-1994-cü illərdə Moskvada "Orient" şirkətinin baş direktoru olub.
1994-cü ilin mayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, 1996-cı ildə birinci vitse-prezidenti təyin edilib.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
1997-ci ilin iyulunda Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
1999-cu ilin dekabrında Yeni Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, 2001-ci ilin noyabrında II qurultayda isə sədrin birinci müavini seçilib.
2001-ci ildə Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin başçısı təyin olunub.
2003-cü ilin yanvarında AŞPA sədrinin müavini və Büro üzvü seçilib.
2003-cü il iyulun 4-də Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınıb.
2003-cü il avqustun 4-də Azərbaycan Respublikasının baş naziri təyin edilib.
2003-cü il oktyabrın 20-də Mərkəzi Seçki Komissiyası İlham Əliyevin Azərbaycan Respublikasının prezidenti seçildiyini rəsmən elan edib.
İngilis, fransız, türk və rus dillərini bilir.
Evlidir, iki qızı və bir oğlu var.


AZƏRİ | Ana səhifə | english



WEB Design Group Media holding
Copyright©by Media Holding,2005