Ta qədimdən üzü bəri Bakı, Naxçıvan, Lənkəran, Şamaxı, Gəncə, Şuşa, Şəki, Quba kimi şəhərlərdə sənətkarlar yerli xammaldan döymə mis məmulatları hazırlayırdı. Lakin qədim mədəniyyət mərkəzi Şamaxının yaxınlıqında yerləşən Lahıc özünəməxsus ornamentləri ilə fərqlənən mis məmulatlarənən Qafqazda mərkəzi hesab olunurdu.
Çoxsaylı arxeoloji tapıntılar bir çox ornamentlərin nəsildən-nəsilə ötürüldüyünü sübut edir. Onlardan bəziləri olduğu kimi saxlanmış, bəziləri isə yeni motivlərlə zənginləşərək bir qədər dəyişikliyə uğramışdır. Mis döymə məmulatlarının əksəriyyətinin üzərində onu düzəldən ustanın möhürü, hazırlandığı tarix və sahibinin adi göstərilir. Bir çox məişət əşyalarının, o cümlədən qabların üstündəki döymə yazılar, habelə şerlər, adətən ərəb hərfləri ilə nəqş olunurdu. Həmin bəzəkli hərflər doymə məmulatların üzərindəki ornamentlərlə uzlaşır, onları daha da cazibədar edirdi.
Mis döymə ornamentlərinə bir çox tarixi abidələrdə, o cümlədən Naxçıvandakı məqbərədə (XII əsr), Bərdə və Qarabağdakı (XIII-XI əsr) abidələrdə, Bakıdakı Şirvanşahlar sarayında (X əsr), Şəkidəki Xan sarayında da (X-III əsr) rast gəlmək mümkündür. Azərbaycan ustaları misi eridərək hazırladıqları məmulatlara istənilən formanı verə bilirdi. Hazırda mis məmulatlarının 80-ə yaxın növü məlumdur.


AZƏRİ | Ana səhifə | english


AZƏRİ | Ana səhifə | english



WEB Design Group Media holding
Copyright©by Media Holding,2005