Azərbaycanın milli geyimləri xalqın maddi-mənəvi mədəniyyətinin çoxəsrlik və mürəkkəb inkişafı prosesində yaranmışdır. Xalqın tarixi ile sıx bağlı olan geyimlər digər maddi mədəniyyət növləri ilə müqayisədə milli xüsusiyyətləri dàha mükəmməl əks etdirir, etnik çalarlarla kifayət qədər zəngindir. Paltarların forması, bədii tikmə, toxuma və zərif işləmələrdə xalq yaradıcılığının bir sıra etnoqrafik, tarixi və estetik xüsusiyyətləri ifadə olunmuşdur. Azərbaycan XVII əsrdə yaxın şərqin ən böyük ipəkcilik mərkəzlərindən biri idi. Şirvan əyaləti Azərbaycan ipəkciliyinin başında dururdu. İpək parçalar əsasən Şamaxı, Basqal, Gəncə, Şəki və Şuşada istehsal olunurdu. Burada olduqca zərif, nadir və gözəl naxışlı parçalar, ipəkdən qadın baş örtükləri yaradılırdı. Paltarların üslubu onun sahibinin əsli nəcabəti və yaşını əks etdirirdi. Qızların paltarları ərli qadınlarınkından kəskin fərqlənirdi. Gənc qadınlar daha parlaq və bayramsayağı geyinirdilər. Azərbaycanın digər tarixi-etnoqrafik bölgələrindən olduğu kimi kişi paltarları, geyimləri əsasən oxşar olurdu. Eyni zamanda kişi paltarlarına nəzər salmaqla sahibinin sinfi mənsubiyyətini müəyyən etmək mümkün idi.
Uşaq paltarları da formaca böyüklərin geyiminə oxşayırdı, yalnız ölcüləri yaşla əlaqədar xırda əlavələr ilə fərqlənirdi.


AZƏRİ | Ana səhifə | english


AZƏRİ | Ana səhifə | english



WEB Design Group Media holding
Copyright©by Media Holding,2005