|
Bir sıra tarixi mədəniyyət abidələri, Qobustandakı qaya rəsmiləri,
Ordubaddakı Gəmiqaya və s. Azərbaycanın qədimliyini sübut edir.
Bürünc məmulatları əritmək üçün nəzərdə tutulan iki daş gəlib böyük
elmi əhəmiyyət kəsb edir. Bu fakt bir daha göstərir ki,
respublikamızda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan
bürünc silahlar və əmək alətləri məhz Azərbaycanda düzəldilmişdir.
Həmin məmulatların laboratoriya şəraitində tədqiqi də bunu
təsdiqləmisdir.
E.ə.IV-III əsrlərə aid olunan qəbrlərdə və yasayış məskənlərində
dəmirden hazırlanmıs çox sayda əmək alətlərinə və silaha rast
gəlinir.
Orta əsr Azərbaycan şəhərləri - Beyləqan, Bakı, Bərdə, Gəncə,
Şamaxıda aparılan qazıntılar nəticəsində üzə çıxan tökmə keramik
məmulatlar diqqəti cəlb edir. Həmin şəhərlərin dulusçuluq sənəti
həmin dövrü əks etdirən ümumi cəhətləri özündə cəmləşdirir və bir çox
Şərq ölkələrini əhatə edir. Lakin bir çox məmulatların
özünəməxsusluğu istər-istəməz nəzərə carpır. Bu da Azərbaycanda
tətbiqi sənətin hələ qədim dövrlərdə inkişaf etdiyini sübut edir.
Bir çox məişət əşyalarının və qabların üstündə onların IX-XII
əsrlərdə hazırlandığı, habelə dulusçu ustaların adları göstərilir.

|