Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci ilin 28 aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayrağdan imtina edilmişdir. Bu bayrağ ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan MR Ali Məclisinin həmin sessiyasında Azərbaycan SSR Ali Sovetinin qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırılmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti höküməti 1920-ci il yanvarın 30-da müsabiqə e`lan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycanda Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilmişdir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi dövlət gerbi ilə baqlı yeni müsabiqə elan etmişdir. 1993-cü il yanvar ayının 19-da Azərbaycan Respublikasının Ali Soveti Dövlət Gerbi haqqında Konstitusiya Qanunu qəbul etmişdir.


AZƏRİ | Ana səhifə | english



WEB Design Group Media holding
Copyright©by Media Holding,2005