Media Holding
Ön səhifə
Lider Media Holding
"Naş vek"
"Our century"
"Bizim Əsr"
Mediapress
Lider TV
Jazz 107Fm
Azərbaycan
Xocalı soyqırımı


Minsk qrupunun fransalı həmsədri Ermənistanda səfərdədir
7 mart [10:00] || Ölkə 

ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bu gün Yerevanda Ermənistanın xarici işlər Vardan Oskanyanla danışıqlar aparacaq. Görüşdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrə görüşünün gündəliyi müzakirə olunacaq.
Şamaxıda içməli su problemi aradan qaldırılır
7 mart [10:00] || Cəmiyyətn ||   

Şamaxı sakinlərinin içməli su problemi ilin sonunadək həllini tapacaq. Hazırda rayon sakinlərinin yalnız 20 faizi içməli suyla təmin olunur. Əksər sakinlər suyu müxtəlif nəqliyyat vasitələri ilə gətirirlər.
İran hökuməti interpola müraciət edib
7 mart [10:00] || Dünya 

İran hökuməti general Əli Reza Əskərinin axtarışında kömək üçün interpola müraciət edib. Generalın Birləşmiş Ştalarının təhlükəsizlik xidməti ilə əməkdaşlıq etdiyi və avropa ölkələrindən birində gizləndiyi ehtimal olunur.
«Moda və aksesuarlar» sərgisinə start verilib
7 mart [10:00] || Cəmiyyət  

Ölkəmizdə sərgi mövsümü başladı. Özü də təkcə Azərbaycanda deyil Qafqazda ilk dəfə keçirilən 1-ci Azərbaycan beynəlxalq « Moda və aksesuarlar» sərgisi ilə. Tanınmış hazır geyim istehsalçılarının marağına səbəb olan sərgidə dünyanın 11 ölkəsindən 20 şirkət iştirak etdi. Fransa, İtaliya, Almaniya, İspaniya, Hindistan, Bəə, Böyük Britaniya, Rusiya daxil olmaqla dünya moda sənayesinin daha neçə- neçə nümayəndələri ölkəmidə eksklüziv nümayəndə və ya distribütör tapmaq niyyətindədirlər.
Gürcüstanda yaşayan soydaşlarımızın problemləri həll edilir
7 mart [10:00] || Cəmiyyət 

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri aradan qaldırılır. Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze «Lider» telekanalına müsahibəsində bildirib ki, rəsmi Tbilisi həm torpaq, həm də təhsil problemlərinin həll olunması istiqamətində konkret addımlar atmağa başlayıb. Səfir «Gürcüstanda roblemlər təkcə azərbaycanlıların yaşadığı ərazilərdə deyil, bir çox regionlarda mövcuddur. Burada əsas torpaq və təhsil problemi özünü daha qabarıq şəkildə göstərir.
Rəsmi icazə olmadan WEB səhifəsində dərc edilən materialların istifadəsi qadağandır
© Copyright 2007